Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, həzrət Ayətullah Nuri Həmədani öz bəyanatının bir hissəsində Amerika və cinayətkar sionist rejiminin həmçinin onların ölkə daxilindəki əlaltılarının xalqın məişət problemlərindən suistifadə edərək insanların ümumi və şəxsi mülkünü qarət edib ölkədaxili qarşıdurma və təxribat yaratmasına işarə edərək bildirib: Amerika və cinayətkar İsrail bu illər ərzində həmçinin son 12 günlük müharibə zamanı İran İslam Respublikasına qarşı müxtəlif təxribatların həyata keçirilməsi üçün heç bir məhdudiyyət və qadağalar tanımayıblar. Onların hədəfləri İran İslam Respublikasının bütün ərazisini zəbt edərək, parçalara ayırıb ölkə mədənlərini ələ keçirmək olubdur.
Ayətullah Nuri Həmədani təkidlə bildirərək vurğulayıb : İran xalqı fitnəkarlardan öz yolunu ayırmalı və vətən xainlərini rüsvay etməlidir. O, İran İslam İnqilabının Ali Rəhbərinə və ölkə vətəndaşlarına dəstək olaraq İran İslam Respublikasına qarşı törədilən hər bir fitnəni böyük bir xəyanət hesab edərək, ölkənin məmur və vəzifəli şəxslərindən gecə gündüz çalışaraq millətin iqtisadi problemlərininin aradan qaldırılmasını istəyib.
Rəyiniz